Livanın “Hizbullah” qruplaşması İsrailin Yuxarı Qalileydə yerləşən artilleriya bazasına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirilməsini görə məsuliyyəti öz üzərinə götürüb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS təşkilatın bəyanatına istinadən məlumat yayıb.
“İraq İslam Müqaviməti” hərəkatı Yiftah qəsəbəsində artilleriya kazarmalarına hücum etmək üçün kamikadze dronlardan istifadə edib. Düşmən sıralarında ölənlər və yaralananlar var”, – bəyanatda qeyd edilib.
Bildirilib ki, əməliyyat İsrailin Livanın cənubundakı Macdal-Silm bölgəsinə mülki vətəndaşlar arasında ölümlə nəticələnən hava hücumuna cavab olaraq həyata keçirilib.