Hollandiya İran səfirini Avropada sui-qəsd cəhdləri ilə bağlı şübhələrə görə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Hollandiya Baş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin (AIVD) Tehranın Avropada iki sui-qəsd cəhdində əli olmaqda şübhəli bilinən hesabatının dərcindən sonra Hollandiya Xarici İşlər Nazirliyi İran səfirini çağırıb.
AIVD-nin məlumatına görə, 2024-cü ilin iyun ayında Hollandiyanın Haarlem şəhərində Hollandiyada yaşayan bir iranlını öldürməyə cəhddə şübhəli bilinən iki kişi həbs edilib.
Onlardan biri 2023-cü ilin noyabrında Madriddə İran rejimini tənqid etməklə tanınan ispan siyasətçi Alexo Vidal-Kvadrasa qarşı uğursuz sui-qəsd cəhdində də şübhəli bilinir.
Hollandiya kəşfiyyatının bəyanatında deyilir: “Bu hadisələr İranın Avropadakı cinayət şəbəkələrindən rejimin əleyhdarlarını hədəfə almaq üçün istifadə etdiyi modelə uyğundur”.
Onların məlumatına görə, hücumların arxasında İranın olması ehtimalı yüksəkdir.
Xuraman Etibarlı
İnterpress.az