Tom Hardi Qay Riçinin “Qanqsterlend” layihəsindən qovulub.
İnterpress.az xəbər verir ki, bu barədə “Puck” nəşri məlumat yayıb.
Məşhur aktyor Tom Hardi rejissor Qay Riçinin yeni layihəsi olan “Qanqsterlend” filmindən kənarlaşdırılıb.
Buna səbəb aktyorun çəkiliş qrupunun işinə ciddi maneələr törətməsi və komanda üzvlərini yorması olub.
Məlumata görə, Hardi çəkilişlərə davamlı olaraq gecikir, öz rolunun azlığından şikayətlənir və özünü ssenarist kimi apararaq replikalarını müstəqil şəkildə dəyişməyə cəhd edirdi.
Vəziyyət o həddə çatıb ki, prodüserlərdən biri istefa verəcəyi ilə hədələyib.
Nəticədə studiya rəhbərliyi yaradıcı heyəti seçərək aktyoru layihədən uzaqlaşdırmaq qərarına gəlib.
Qeyd edək ki, bu, aktyorun ilk belə “kapriz”i deyil. Tom Hardinin oxşar davranış problemləri daha əvvəl “Dəli Maks” (“Mad Max”) filminin çəkilişləri zamanı da qeydə alınmışdı.
Filmin istehsalçısı olan studiya hələlik aktyoru əvəz edəcək yeni namizədlə bağlı rəsmi açıqlama verməyib.
Xuraman Etibarlı
İnterpress.az






