“Hyundai Motor” ABŞ-də 421 min avtomobili geri çağırır.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Hyundai Motor” şirkəti ABŞ bazarında proqram təminatındakı nasazlıq səbəbindən 421 min avtomobilini geri çağırmaq qərarına gəlib.
Qeyd olunur ki, sözügedən xəta avtomobillərdə gözlənilməz və nəzərdə tutulmayan əylənmə (tormozlama) probleminə yol aça bilər.
Geri çağırılacaq nəqliyyat vasitələri sırasına 2025 və 2026-cı il istehsalı olan “Santa Cruz” pikapları, həmçinin “Tucson”, “Tucson Hybrid” və “Tucson Plug-In Hybrid Electric” krossoverləri daxildir.
Şirkət bu addımı təhlükəsizlik standartlarına əməl etmək və potensial yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün atdığını bildirib.
Xuraman Etibarlı
İnterpress.az






