İƏT rəsmisi: “Azərbaycanda yüksək texnologiyalardan istifadə şəffaf seçkilər keçirmək niyyətini göstərir”backend

İƏT rəsmisi: “Azərbaycanda yüksək texnologiyalardan istifadə şəffaf seçkilər keçirmək niyyətini göstərir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda yüksək texnologiyalardan istifadə şəffaf seçkilər keçirmək niyyətini açıq göstərir.

İnterpress.az xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşdə deyib.

Dəvətə görə minnətdarlığını bildirən Y.Aldobeay qeyd edib ki, Azərbaycan təşkilatın çox fəal üzvüdür: “İƏT-in Nizamnaməsində qeyd olunub ki, üzv ölkələr demokratiyanı tam dəstəkləyir. 57 ölkə İƏT-in üzvüdür və onlardan 35-də seçkilər keçirilir. Biz onlardan dəvət alırıq. Biz ölkələrin suverenliyinə və daxili işlərinə qarışmamağı əsas götürürük. Sizdən xahişim olacaq ki, seçkilər uğurla başa çatdıqdan sonra Azərbaycanın təcrübəsini bizimlə bölüşəsiniz. Sizin yüksək texnologiyalardan istifadə etməyiniz şəffaf seçkilər keçirmək niyyətinizi açıq göstərir”.

Sonda qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.