İki ildən çox fasiləsiz “energetik” içən 20 yaşlı gəncə ürək KÖÇÜRÜLDÜ – FOTObackend

İki ildən çox fasiləsiz “energetik” içən 20 yaşlı gəncə ürək KÖÇÜRÜLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki ildən çox fasiləsiz “energetik” içən 20 yaşlı gəncə ürək köçürülməli olub. 

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Dağıstanda 20 yaşlı gənc enerji içkilərinə aludə olduğu üçün ürəyi köçürülməli olub. O, 2 ildən çox fasiləsiz “energetik” içib.

Bir müddət sonra gəncdə müxtəlif əlamətlər – əllərin titrəməsi, nəbzin tezliyi, nəfəs darlığı və solda ağrılar yaranıb.

O, yerli xəstəxanaya yerləşdirilib və burada ona ağır ürək çatışmazlığı diaqnozu qoyulub.

Məlum olub ki, gəncin artıq ürəyində gizli problemlər var və enerji içkilərinin qəbulu vəziyyəti daha da pisləşdirib.

Oğlanı Sankt-Peterburqa göndəriblər, orada ürək transplantasiyası aparılıb.

Xuraman Etibarlı

İnterpress.az