İlon Maskın adı Tayvanda keçirilən hərbi təlimlərdə hallanırbackend

İlon Maskın adı Tayvanda keçirilən hərbi təlimlərdə hallanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlon Mask ilə əlaqəli qurumlar Tayvanda hərbi təlimlərin planlaşdırılması ilə bağlı Çinə kömək ediblər.

Bu barədə NATO kəşfiyyatının adı açıqlanmayan əməkdaşı məlumat verib.

NATO Mask və onun biznes partnyoru – “Oracle”ın baş direktoru Larri Ellisonun Çin hökuməti ilə əlaqələrindən narahatdır.

Xatırladaq ki, Çinin sosial media tərtibatçısı “Tencent” və Amerikanın “Oracle” şirkəti tərəfindən toplanan məlumatlar ilk dəfə Çin ordusuna strateji və taktiki qərarlar qəbul etməyə kömək edən “əməliyyat mənzərəsi”nin yaradılması üçün istifadə edilib.

Bu məlumatlar vasitəsilə Çin hərbçiləri dəniz təlimlərinin gedişatında dəyişikliklər edə biliblər. Eyni zamanda təlimlərin quruda, dənizdə, havada, kosmosda və kiberməkan üzrə müxtəlif istiqamətlərini effektiv şəkildə əlaqələndirməyə nail olublar.

Bildirilir ki, Çinin ən böyük mesajlaşma xidməti “WeChat”ın sahibi olan “Tencent”in hərbi-mülki qarşılıqlı fəaliyyət proqramlarında da iştirak etdiyi məlum olub. Bu proqramlarda süni intellekt və digər informasiya-kommunikasiya texnologiyalarından istifadə edilir. “Tencent” ilə Çin ordusu arasındakı əlaqələr isə uzun müddətdir ki, ABŞ-ni və digər ölkələri narahat edir.

Mənbə: Rossaprimavera