İndoneziyanın paytaxtında BÖYÜK YANĞIN: Bazar alovlar içində – FOTO/VİDEObackend

İndoneziyanın paytaxtında BÖYÜK YANĞIN: Bazar alovlar içində – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İndoneziyanın paytaxtı Cakartada yerləşən bazarda böyük yanğın baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

İndoneziyanın paytaxtı Cakarta şəhərində yerləşən iri bazarlardan birində şiddətli yanğın qeydə alınıb.

Yanğın qısa müddət ərzində geniş əraziyə yayılaraq alov sütunlarının yaranmasına səbəb olub.

Hadisə yerinə dərhal yanğınsöndürmə briqadaları cəlb edilib. Hələlik yanğının başvermə səbəbləri və dəymiş ziyan barədə dəqiq məlumat yoxdur.

İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğınsöndürmə qüvvələri alovun qarşısını almaq üçün tədbirləri davam etdirir, ərazi müvəqqəti olaraq nəzarətə götürülüb.

Xuraman Etibarlı

İnterpress.az