İran yeni “Əbabil-5” adlı PUA-sını təqdim edibbackend

İran yeni “Əbabil-5” adlı PUA-sını təqdim edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran ordusu “Əbabil-5” adlı yeni Pilotsuz Uçan Aparatı (PUA) təqdim edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Bildirilir ki, PUA-nın nümayişi bazar ertəsi İslam Respublikasının Ordu gününün qeyd edilməsinə həsr olunmuş mərasim zamanı baş tutub. Yeni aparatın texniki göstəriciləri təqdim edilməyib.

“Tasnim”in məlumatına görə, mərasimdə İran ordusunun bir sıra digər PUA-ları da sərgilənib. Bunlar “Mohajer-6”, “Mohajer-4”, “Mohajer 2”, “Raad-85”, “Araş” və digərləri təqdim edilib.

Qeyd edək ki, PUA-ya “Əbabil” adı müsəlmanların müqəddəs kitabı olan Quranda adı keçən nadir ərəb sözü ilə bağlıdır. Bu söz Allahın izni ilə uçaraq müsəlmanların vacib döyüşlərindən birində onlara yardım edən quşlara aiddir.