Bildirilib ki, İranın cənub sahillərində içərisində 11 nəfərin olduğu qayıq desant gəmisi ilə toqquşaraq batıb, qayıqda olan sərnişinlər xilas edilib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Dünən gecə Hörmüz boğazı yaxınlığındakı Hörmüz adasından pis hava şəraiti ilə bağlı xəbərdarlıqlara məhəl qoymayaraq yola çıxan qayıq desant gəmisi ilə toqquşub.
Bildirilib ki, toqquşma nəticəsində batan qayıqda olan 11 sərnişin vaxtında əraziyə çatan qruplar tərəfindən xilas edilib.