İranın Türkiyə və Azərbaycana qarşı məkrli planı: “Zəngəzura ordu yeritmək üçün Rusiyadan icazə istəyib”backend

İranın Türkiyə və Azərbaycana qarşı məkrli planı: “Zəngəzura ordu yeritmək üçün Rusiyadan icazə istəyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər nazirinin Rusiyaya səfərində ciddi şəkildə Azərbaycan və Türkiyəyə qarşı məkrli plan olub. İran Rusiyadan Zəngəzur dəhlizinin açılmaması və Türkiyənin Cənubi Qafqaz siyasətinin qarşısını almaq və Mərkəzi Asiyaya çıxmaması üçün Zəngəzura ordu yeritmək üçün icazə almaq istəyib”.

bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi İran qoşunun Zəngəzura daxil olmasına prinsipcə razı olmayıb, İranda Rusiyaya üz tutub:

“Çünki Rusiyada müəyyən dərəcədə Zəngəzur dəhlizinin açılmasında bir o qədər maraqlı deyil. Amma, Türkiyə ilə razılaşma olduğu üçün buna gedir. Rusiya regionda vəziyyətin gərginləşməsinə və Türkiyə ilə əlaqələrə zərbə vuracağından dolayı İranın bu planlarını qəbul etməyib.

İran Türkiyə və Azərbaycana qarşı Rusiya İran və Ermənistan ortaq iş birliyini ortaya qoyub. Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasında maraqlıdır, amma detalları müzakirə edəcək”.