İranlı nazirin cavabı: “Əla“backend

İranlı nazirin cavabı: “Əla“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian rusiyalı vəzifədaşı Sergey Lavrovla Moskvada danışıqları “əla” adlandırıb.

Abdullahian bu barədə öz “Twitter” səhifəsində yazıb:

“Moskvada xarici İşlər naziri Lavrovla Əfqanıstan, Qafqaz, Suriya, Yəmən və JCPOA daxil olmaqla, bununla məhdudlaşmayan, qarşılıqlı maraq doğuran bir çox mövzuda əla danışıqlar apardıq”.

Nazir əlavə edib ki, İran və Rusiya Federasiyası regional və qlobal məsələlərdə sıx əlaqələndirmə və ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi barədə razılığa gəliblər.