İraqda İŞİD liderlərindən biri saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə İraq mətbuatı ölkənin təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Həşd əş-Şaabi qüvvələri İraqın qərbindəki Ənbar vilayətində İŞİD liderini ələ keçirib.
Saxlanılan şəxsin təşkilatın tanınmış nümayəndələrindən olduğu və saxta sənədlərlə İraq ərazisinə daxil olduğu qeyd edilir.
Başqa bir məlumata görə, adı çəkilən əyalətdə İŞİD yaraqlılarının istifadə etdiyi yeraltı tunel də dağıdılıb.
Axtarış zamanı oradan partlayıcı kəmərlər, partlayıcı maddələr və müxtəlif növ silahlar aşkar edilib.
Həşd əş-Şaabi İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) tamamilə tabe olan İraq şiə yarımhərbi təşkilatıdır.
2014-cü ildə yaradılan bu, ümumilikdə 200 minə yaxın döyüşçüsü olan müxtəlif silahlı qrupların çətir təşkilatıdır.
Xuraman Etibarlı
İnterpress.az