İraqın Baş naziri Əli əz-Zeydi Paşinyanı TƏBRİK ETDİbackend

İraqın Baş naziri Əli əz-Zeydi Paşinyanı TƏBRİK ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İraqın Baş naziri əz-Zeydi Nikol Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibətilə təbrik edib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

İraqın Baş naziri Əli əz-Zeydi Ermənistanda keçirilən parlament seçkilərində qazandığı qələbə münasibətilə Nikol Paşinyana təbrik teleqramı ünvanlayıb.

Teleqramda İraq hökumətinin Ermənistan ilə əməkdaşlığın inkişaf etdirilməsinə sadiq olduğu xüsusilə vurğulanıb.

Baş nazir həmçinin iqtisadiyyatın müxtəlif sahələrində ikitərəfli əlaqələrin və koordinasiyanın gücləndirilməsinin əhəmiyyətini qeyd edib.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Saziş” partiyası səslərin təxminən 50%-ni toplayaraq qalib gəlib.

Əli əz-Zeydi təbrik məktubunda iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi üçün geniş potensialın olduğunu bildirib.

O, həmçinin yeni formalaşacaq Ermənistan hökumətinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xuraman Etibarlı

İnterpress.az