İrlandiya Fələstini rəsmən tanıdıbackend

İrlandiya Fələstini rəsmən tanıdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrlandiya Fələstini müstəqil dövlət kimi rəsmən tanıyıb.

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İrlandiyanın xarici işlər və müdafiə naziri Mixol Martin bildirib.

“Hökumətin bugünkü qərarı Fələstin dövləti ilə tam diplomatik münasibətlərin qurulmasına icazə verir”, – o qeyd edib.

M.Martin əlavə edib ki, Fələstinin İrlandiyadakı diplomatik missiyasının statusu Fələstin hakimiyyətinin Dublinə bu rəsmi müraciətindən sonra səfirliyə qədər qaldırılacaq.