Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev vəzifəsindən azad edilib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı AMEA prezidenti İsa Həbibbəyli müvafiq sərəncam imzalayıb.
Akademiya rəhbərinin digər sərəncamı ilə MEK-in direktoru vəzifəsinə texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov təyinat alıb.
Qeyd edək ki, 62 yaşlı M.Əliyev 2020-ci ildən MEK-in direktoru vəzifəsində çalışırdı.