İspaniyada qatarlar toqquşub: ölən və yaralananlar varbackend

İspaniyada qatarlar toqquşub: ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyada iki qatarın toqquşması nəticəsində 1 nəfər ölüb, onlarla insan yaralanıb.

İnterpress.az-ın məlumatına görə, hadisə Barselonadan 14 kilometr kənarda yerləşən “Sant Boi de Llobregat” stansiyasında qeydə alınıb. Yük qatarı ilə şəhərətrafı qatarın toqquşması zamanı 2-si ağır olmaqla 85 nəfər yaralanıb.

Qəza nəticəsində ölən şəxs şəhərətrafı qatarın maşinistidir. Hadisədən sonra şəhərətrafı qatarda olan 100-ə yaxın sərnişin təxliyə edilib.

Rəsmilər qəzanın səbəbləri ilə bağlı araşdırmaların aparıldığını bildiriblər.

İspaniyanın Baş naziri Pedro Sançes sosial media hesabındakı açıqlamasında qəzada həlak olan sürücünün ailəsinə başsağlığı verib.