İspaniyada televiziya hüquqlarının satışından ən çox gəlir əldə etmiş klublar açıqlanıbbackend

İspaniyada televiziya hüquqlarının satışından ən çox gəlir əldə etmiş klublar açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya La Liqasında çıxış edən klubların 2021/2022 mövsümündə televiziya hüquqlarının satışından əldə etdiyi gəlir bəlli olub.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, 20 komandanın ümumi gəliri 1,43 milyard avro təşkil edib.

La Liqa artıq bu məbləği ödəyib.

Siyahının ilk pilləsində “Real Madrid” (160,85 milyon avro) qərarlaşıb. “Barselona” (160,13 milyon avro) ikinci, Madrid “Atletiko”su (130,31 milyon avro) üçüncü olub.

Ən az gəlir əldə edən isə 45,86 milyon avro ilə “Rayo Valyekano”dur.