İsrail Hizbullah ilə mümkün müharibə ərəfəsində Suriyada gizli hücumları ARTIRIRbackend

İsrail Hizbullah ilə mümkün müharibə ərəfəsində Suriyada gizli hücumları ARTIRIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hizbullah ilə mümkün müharibə ərəfəsində Suriyada gizli hücumları gücləndirir.

interpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

“İsrail Suriyada silah anbarlarını, təchizat yollarını, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və İranyönlü qruplaşmaların komandirlərini hədəf alan gizli hücumlarının sayını artırıb. Bu addımlar Hizbullaha qarşı mümkün hərbi əməliyyatların başlanmasına hazırlıq kontekstində atılır.

İsrailin Dəməşqdəki İran konsulluğuna hücumundan və İranın buna cavabından sonra İsrail bölgədəki iranpərəst qruplara qarşı hücumların sayını müvəqqəti olaraq azaldıb. Amma son vaxtlar İranın Hizbullah üçün Livana göndərdiyi silah daşımaları səbəbindən İsrailin hücumlarında artım müşahidə olunur.

İsrailin bu hərəkətləri mümkün müharibədən əvvəl Hizbullahın tədarük zəncirini pozmağa yönəlib”, – nəşr yazıb.

Xatırladaq ki, iyunun 11-də İsrail Hərbi Hava Qüvvələri Suriya-Livan sərhədində Hizbullahın nəzarətində olan ərazidə silah daşıdığı iddia edilən yük maşınlarından ibarət karvana hava zərbələri endirib.

Xuraman Etibarlı

İnterpress.az