İsrail ordusu Livanın böyük şəhərinin sakinlərini təxliyə etməyə çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Adrai X hesabında yazıb.
Adrai Livanın şərqindəki böyük Baalbek şəhərinin və yaxınlıqdakı iki kəndin sakinlərini təxliyyə etməyə çağırıb.
O, “İsrail ordusu Hizbullaha qarşı şəhərinizin və kəndlərinizin içərisində hərəkətə keçəcək. Təhlükəsizliyiniz üçün dərhal evlərinizi tərk etməli, şəhər və kəndlərdən kənara səyahət etməlisiniz”, – Adrai qeyd edib.
Eyni zamanda internetdə Baalbek sakinlərinin təxliyəsi ilə bağlı görüntülər yayılmağa başlayıb.
Məlumata görə, hazırda bu şəhərdə 100 mindən çox insan yaşayır.
Xuraman Etibarlı
İnterpress.az