İsrail ordusu Qəzzadan qoşunlarını çıxarmağa hazırlaşırbackend

İsrail ordusu Qəzzadan qoşunlarını çıxarmağa hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu (IDF) HƏMAS-la atəşkəs razılaşması çərçivəsində Qəzza zolağından qoşunların qismən çıxarılmasına hazırlıqların başlandığını elan edib.

İnterpress.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq və mövcud vəziyyətin qiymətləndirilməsi əsasında razılaşmanın həyata keçirilməsi üçün hazırlıqlara başlanılıb”, – məlumatda bildirilib.