İsrail tankları Rəfahın mərkəzinə daxil oldu, toqquşmalar gedirbackend

İsrail tankları Rəfahın mərkəzinə daxil oldu, toqquşmalar gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələrinin tankları Qəzza zolağının cənubundakı Rəfah şəhərinin mərkəzinə daxil olub.

İnterpress.az xəbər verir ki, bu barədə “France Presse” yerli sakinlərə istinadən məlumat yayıb.

“İsrail tankları Rafahın mərkəzində yol qovşağında yerləşir”, – agentlik hadisə şahidlərinə istinadən məlumatda qeyd edib. Təhlükəsizlik xidmətindəki mənbə bu məlumatı təsdiqləyib.

Yerli sakinlər ərazidə İsrail hərbçiləri ilə “silahlı birləşmələrin üzvləri” arasında toqquşmalar olduğunu bildiriblər.