İsrailin cənubunda silahlı hücum: 2 nəfər ölübbackend

İsrailin cənubunda silahlı hücum: 2 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin cənubundakı Kiryat Malaki şəhəri yaxınlığında avtobus dayanacağına silahlı hücum nəticəsində 2 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

İsrail polisinin sözçüsü tərəfindən verilən açıqlamada Kiryat Malachi şəhəri yaxınlığındakı Masmiya-Raam kəsişməsində avtobus dayanacağına silahlı hücumun edildiyi bildirilib.

Əraziyə nəqliyyat vasitəsi ilə gələn təcavüzkarın dayanacaqda gözləyənlərə atəş açdığı qeyd edilib.

Ərazidə silahlı mülki şəxsin hücumçunu zərərsizləşdirdiyi vurğulanıb.

Bildirilib ki, İsrail polisi başqa şübhəlilərin olub-olmadığını müəyyən etmək üçün ərazidə geniş axtarış aparıb və bomba zərərsizləşdirmə mütəxəssisləri ərazini skan edib.

Digər tərəfdən, İsrailin Kaplan Xəstəxanasından verilən açıqlamada, hücumdan sonra gətirilən yaralı 6 nəfərdən 2-nin öldüyü bildirilib. Xəsarət alan 4 nəfərdən ikisinin vəziyyəti ağırdır və onların müalicəsi xəstəxanada davam etdirilir.

Hücumun həyata keçirildiyi yer Kiryat Malaki şəhəri ətrafında hərbçilərin yaxınlığında yerləşir.

İsrail ordusu hücumla bağlı hələlik açıqlama verməyib.