Misirin sərhəd xətti olan Filadelfiya dəhlizini işğal etmək və Qəzzanın son nəfəs borusunu kəsmək istəyən İsrail şəhərə sığınan 1,5 milyon günahsız dinc sakinin həyatını təhdid edir.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Qəzza zolağında 4 aydan çox davam edən müharibədən sonra İsrail təxminən 1,5 milyon qəzzalının sığındığı Rəfah şəhərinə üz tutdu. Qəzzanın şimalı və mərkəzi bombalanarkən Rəfah İsrail tərəfindən “təhlükəsiz zona” elan edilmişdi.
Lakin tezliklə bunun belə olmadığı məlum oldu. Netanyahu dekabrın 10-da “Qəzzədəki müharibədən sonra” planından danışarkən ilk olaraq Rəfah şəhəri sərhədləri daxilində Filadelfiya dəhlizinə nəzarəti ələ keçirmək niyyətindən söz açıb və dekabrın 15-də bunu təkrarlayıb.
Netanyahu 30 dekabr 2023-cü ildə keçirdiyi mətbuat konfransında müdafiə naziri Yoav Galant və Hərbi Nazirlər Kabinetinin üzvü Benny Gantz-ın iştirak etməkdən imtina etdiyi mətbuat konfransında Filadelfiya dəhlizindən də bəhs etdi.
Müdafiə naziri Yoav Gallant fevralın 1-də Qəzza zolağının Xan Yunus bölgəsində İsrail əsgərlərinə səfəri zamanı verdiyi açıqlamada qurudan hücumlarını Rəfah şəhərinə köçürəcəklərini bildirib.
İsrailin baş naziri Binyamin Netanyahu son açıqlamasında Misirlə sərhəddə yerləşən və İsrailin hücumlarından qaçan yüz minlərlə insanın sığındığı Rəfah şəhərinə qurudan hücum edəcəklərinə işarə edib.
Qəzzanın heç bir təhlükə yaratmamasını təmin etmək istədiklərini deyən Netanyahu, Filadelfiya dəhlizinin İsrailin ixtiyarında və nəzarətində olması lazım olduğunu, bundan başqa heç bir tənzimləmənin İsrail tərəfindən qəbul edilməyəcəyini bildirib.
Bu müzakirələr davam edərkən İsrail ordusu Rəfah şəhərini bombalamağa başlayıb. İlkin hesablamalara görə, 100 nəfər həyatını itirib.
İsrail ordusu bundan əvvəl də Qəzza ilə Misir arasındakı bölgəni, o cümlədən Filadelfiya dəhlizini bombalayıb.