İsrailin hücumu zamanı Bəşər Əsədin yaxın adamı öldürülüb.
interpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.
Dəməşq-Beyrut yolunda İsrailə aid avtomobil hücumu nəticəsində ölənlərdən biri Suriya prezidentinə yaxın suriyalı iş adamı Məhəmməd Bara əl-Qətər olub.
Qeyd olunur ki, o, Əsədin iranpərəst yaraqlılarla əlaqə saxlamasına kömək edən önəmli fiqurlardan olub.
Bundan başqa, məlum olub ki, əl-Qətərin adı ABŞ-nin sanksiya siyahısında var.
Bu gün səhər saatlarında bu hava zərbəsi nəticəsində “Hizbullah” komandirinin də öldürüldüyü bildirilmişdi.
Xuraman Etibarlı
İnterpress.az