İstintaq Komitəsi müğənnini açıq-saçıq geyiminə görə YOXLAYACAQ – FOTO/VİDEObackend

İstintaq Komitəsi müğənnini açıq-saçıq geyiminə görə YOXLAYACAQ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstintaq Komitəsi Buzovanın Ufadakı konsertində açıq-saçıq geyimi ilə bağlı sosial şəbəkələrdəki şikayətlərdən sonra onu yoxlayacaq.

İnterpress.az xəbər verir ki, Başqırd müstəntiqləri sosial şəbəkə istifadəçilərinin Olqa Buzovanın Uşaqların Müdafiəsi Günündə Ufada konserti zamanı açıq-saçıq geyimi ilə bağlı şikayətlərini öyrənirlər.

Aktrisanın uşaq məclisində qeyri-adi geyimdə çıxış etməsi şərhlərdə mənfilik dalğasına səbəb olub.

Olqa Buzova Ufadakı qalmaqallı çıxışına görə üzr istəyib.

Müğənni hər zaman parlaq səhnə obrazlarını seçdiyini bildirib. Sənətçinin sözlərinə görə, geyimləri ilə kimisə incidibsə, üzr istəyir.

Xuraman Etibarlı

İnterpress.az