İsveç hökuməti ilə sağçı “İsveç Demokratları” partiyası arasında Ukraynaya 13,3 milyard kron (1,26 milyard dollar) ayrılması barədə razılıq əldə olunub.
İnterpress.az yerli “Business Standard” nəşrinə istinadən bildirir ki, bu barədə ölkənin energetika, biznes və sənaye naziri Ebba Buş mətbuat konfransında deyib.
O bildirib ki, həmin vəsait Ukraynanın hava hücumundan müdafiə potensialının gücləndirilməsinə sərf ediləcək.
Bu arada, İsveçin müdafiə naziri Pal Yonsson Ukrayna hərbi aviasiyasının istismarı məqsədilə “JAS 39 Gripen” qırıcılarının göndəriləcəyi barədə xəbərləri təkzib edib.
P. Yonssonun sözlərinə görə, rəsmi Kiyevin tələbi sadəcə “F16” qırıcıları ilə məhdudlaşır.
Qeyd edək ki, iki siyasi qüvvə arasında Ukraynaya hərbi dəstək məsələsində uzun müddət fikir ayrılıqları mövcud olub.