İsveçrə İsrail və HƏMAS liderlərini həbs etməyə HAZIRDIRbackend

İsveçrə İsrail və HƏMAS liderlərini həbs etməyə HAZIRDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə İsrail hökumətinin üzvlərini həbs edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti parlamentarilərin sorğusuna cavab olaraq bildirib. İsveçrə İsrail hökumətinin üzvlərini həbs edəcək. Amma o şərtlə ki, Beynəlxalq Cinayət Məhkəməsi müvafiq order vermək qərarına gəlsin və onlar ölkəyə gəlsinlər.

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) İsrail hökumətinin üzvləri və Fələstinin HƏMAS radikal hərəkatının həbsinə order verərsə, İsveçrə öz öhdəliklərini yerinə yetirməyə hazırdır.

“İsveçrə Beynəlxalq Cinayət Məhkəməsinin yaranmasına səbəb olan müqavilənin iştirakçısı olan dövlət kimi, prinsipcə bu məhkəmənin verdiyi həbs qərarlarını icra etməyə borcludur”, – Federal Xarici İşlər Departamenti yazılı cavabında bildirib.

Ölkə parlamentinin mətbuat xidməti izah edib ki, BCM-nin Məhkəməyə qədərki Palatası həbs qərarı verərsə, bu məhkəmə ilə “məqbulluq və əməkdaşlıq şərtləri haqqında” qərarı İsveçrə Federal Ədliyyə Bürosu verəcək.

BCM-in proseduru hazırda gözlənilən olduğundan, İsveçrə hökuməti “prokurorun həbs qərarı ilə bağlı tələbini şərh etmir”.

Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan mayın 20-də Məhkəməyə qədər Palatadan İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsini istəyib.

Onun sözlərinə görə, prokurorlar “ən azı 8 oktyabr 2023-cü ildən Fələstin ərazisində törədilmiş müharibə cinayətləri və insanlığa qarşı cinayətlərə görə məsuliyyət daşıdıqlarını” göstərən sübutlar toplayıb. Eyni zamanda prokuror HƏMAS-ın üç liderinin həbsinə order verilməsini tələb edib.

Xuraman Etibarlı

İnterpress.az