İtaliyada 2,7 ton kokain müsadirə edilibbackend

İtaliyada 2,7 ton kokain müsadirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın cənubundakı Gioia Tauro limanında 2,7 ton təmiz kokain müsadirə edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İtaliya Maliyyə Polisi, Gioia Tauro limanı gömrük işçiləri Cənubi Amerikadan Qara dənizə qədər uzanan bir şəbəkə üçün kəşfiyyat fəaliyyətini qiymətləndirib və bu çərçivədə Gürcüstan limanı vasitəsilə Ekvadordan Ermənistana gedən iki konteynerdə axtarış aparıblar.

Narkotik qrupları tərəfindən aparılan axtarışlar nəticəsində 12 metrdən uzun soyuducu qablarda banan olan yükün içindən gizlədilmiş 2,7 ton xalis kokain aşkar edilib.

Müsadirə edilən narkotik maddənin dəyərinin 800 milyon avrodan çox olduğu bildirilib.

Maliyyə polisinin bəyanatında deyilir ki, 2021-ci ilin yanvar ayından etibarən Gioia Tauro limanında ümumilikdə 37 ton kokain müsadirə edilib.