İtaliyada iki Gürcüstan vətəndaşı telefon oğurluğuna görə tutulub.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İtaliya mətbuatının yazdığına görə, polis hələ də başqa cinayət ortağını axtarırlar.
Məlumata görə, 29 və 31 yaşlı gürcülər mağazaların birindən 3 telefon oğurlayıblar.Gürcülər oğurladıqları telefonları paltolarının ciblərində gizlədərək mağazadan çıxmaq istəyərkən mağazanın mühafizəsi tərəfindən həbs edilib.
Onlar barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı istintaq davam edir.
Digər təfərrüatlar məlum deyil.