İtaliyanın Florensiya şəhərində tikilməkdə olan binanın uçması nəticəsində ən azı 2 işçi həyatını itirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İtaliya yanğınsöndürmə briqadasının məlumatına görə, Florensiyanın Mariti küçəsində yerləşən supermarketin tikinti sahəsi səhər saatlarında çöküb.
İlkin məlumata görə, tikintidə işləyən 2 işçi həyatını itirib.
Florensiyanın yerləşdiyi Toskana Bölgəsinin Regional İcra Başçısı Eugenio Giani açıqlamasında hadisə zamanı tikintidə 8 nəfərin olduğunu bildirib: “Təəssüf ki, ölən var. 3 nəfər çıxarılıb. Dağıntılar altından sağ olaraq Careggi Xəstəxanasına aparıldı. Heç bir əlamət tapa bilmədiyimiz 3 işçinin axtarışları davam edir”.
Yanğınsöndürmə qrupları axtarış-xilasetmə itləri ilə işçilərin tapılması istiqamətində işləri davam etdirir.
Florensiyanın meri Dario Nardella şəhərdə sabah üçün matəm elan edib.
Hadisə şahidləri çökmə anını “Bomba partlamasına bənzəyən çox yüksək səs” kimi təsvir ediblər.
Baş nazir Giorgia Meloni də həyatını itirənlər üçün başsağlığı mesajı verib və hadisələri yaxından izlədiyini bildirib.
İşçilərin ölümlərinə etiraz etmək üçün Toskana Bölgəsindəki bəzi həmkarlar ittifaqlarının şöbələri bugünkü növbələrin son 2 saatında təcili tətil etmək qərarına gəliblər.