Ötən il Əqli Mülkiyyət Agentliyində ixtira, faydalı model və sənaye nümunələri ilə bağlı ekspertiza müddəti 8-9 ay müddətinə aparılıb.
Agentlikdən İnterpress.az-a verilən məlumata görə, ümumi qaydaya görə ekspertizanın müddəti 12 ay təşkil edir.
Bundan əlavə, MDB məkanında ilk olaraq iddia sənədlərinin 3D formatında qəbulu həyata keçirilib. Həmçinin əmtəə nişanlarına dair iddia sənədinin mahiyyət üzrə ekspertiza prosedurun müddəti də azaldılaraq orta hesabla üç ay təşkil edib. Beynəlxalq təcrübədə bu müddət 6-12 aydır. Sürətli ekspertizanın müddəti isə ötən il bir aydan 14 günə qədər azaldılıb.
Eyni zamanda Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendinin hədəf bazarlarında aktiv təşviqi və ixrac həcminin artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Agentlik sahibkarlara göstərilən hüquqi-məsləhət xidmətləri nəticəsində milli iddiaçılar tərəfindən beynəlxalq qeydiyyat üçün 17 iddia sənədi verilib. 2022-ci ildə isə bu rəqəm 12 olub.