Kaliforniyada zəlzələ olub, ölən və yaralananlar varbackend

Kaliforniyada zəlzələ olub, ölən və yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çərşənbə axşamı ABŞ-ın Kaliforniya ştatında baş verən zəlzələ nəticəsində azı 2 nəfər ölüb, daha 11 nəfər yaralanıb.

Bu barədə Humboldt dairəsi şerifinin mətbuat xidməti öz saytında məlumat yayıb.

Hazırda dəymiş ziyan hesablanır. “Poweroutage.us” portalının məlumatına görə, 70 mindən çox ev və müəssisə işıqsız qalıb.

ABŞ-ın Geologiya Xidməti bildirib ki, çərşənbə axşamı Kaliforniyada 6,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri təxminən 12 min nəfər əhalisi olan Fortuna şəhərindən 21,6 km şimal-qərbdə, zəlzələ ocağı 16,1 km dərinlikdə yerləşib.

Xidmətin məlumatına görə, zəlzələ nəticəsində yarana biləcək sunami təhlükəsi yoxdur.