Keşiş Qalstanyanın YENİ TƏXRİBATI: “Sabah mitinq Azərbaycanla sərhəddə olacaq”backend

Keşiş Qalstanyanın YENİ TƏXRİBATI: “Sabah mitinq Azərbaycanla sərhəddə olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keşiş Srbazanın təxribatları davam edir.

İnterpress.az xəbər verir ki, iyunun 4-də İrəvandakı Surb Anna kilsəsinin həyətində arxiyepiskop Baqrat Qalstanyan sabah Azərbaycanla sərhəddə mitinq keçiriləcəyini elan edib.

“Sabah Vardenisə (Basarkeçır -red.) gedəcəyik.

Saat 18.00-da Sotkda (Zod – red.) mitinqimiz var. Mən onun Sotkda olmasını istəyirəm, çünki sərhəd oradan birbaşa görünür”, – Qalstanyan deyib.

Arxiyepiskop yaxın vaxtlarda Süniki (Zəngəzur – red.) ziyarət edəcəklərini də desə də, dəqiq tarix açıqlamayıb.

“Müvəqqəti olaraq biz hələ də Sünikə səfərlə bağlı məsələni həll etməliyik. Çünki burada İrəvanda mən çox vacib funksiyanı yerinə yetirməliyəm. Bu, çox, çox vacibdir”, – arxiyepiskop bildirib.

Xuraman Etibarlı

İnterpress.az