Kiprli türk iş adamının şəxsi mühasibi Haaqa şəhərində naməlum şəxslər tərəfindən güllələnib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Kiprdə fəaliyyət göstərən təşkilatçı və iş adamı Xəlil Fəlalinin şəxsi mühasibi Cəmil Önal Hollandiyanın Haaqa şəhərində naməlum şəxslər tərəfindən güllələnib.
Qətldən əvvəl o, Kiprdə verdiyi müsahibədə Türkiyənin mühüm siyasi və dövlət xadimlərinin video çəkilişlərinin olduğunu və bu şəxslərin rüşvət yolu ilə məhkəmə sisteminə təsir etdiyini bildirib.
Onun qətlinə məhz bu ittihamların səbəb olduğu güman edilir.
Xuraman Etibarlı
İnterpress.az