“Kirantsın yaxınlığında Azərbaycan bayrağı dalğalanır” – Erməni mediasıbackend

“Kirantsın yaxınlığında Azərbaycan bayrağı dalğalanır” – Erməni mediası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kirantsın yaxınlığında Azərbaycan bayrağı dalğalanır.

İnterpress.az xəbər verir ki, bu barədə mayın 28-də erməni mediasına kəndin başçısı Kamo Şahinyan bildirib.

“Səhər saatlarında Ermənistan və Azərbaycan sərhədinin delimitasiya olunmuş hissəsində Tavuş rayonunun Kirants kəndinin sakinləri Azərbaycan bayrağını görüblər.

Onun sözlərinə görə, Azərbaycan sərhədçiləri öz bayraqlarını Ermənistan bayrağının əks tərəfində yerləşdiriblər.

Xatırladaq ki, mayın 24-də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri Berkaber (1,9 km), Voskepar və Bağanis (4,9 km) yaşayış məntəqələrində Ermənistan sərhədinin hissələrinin mühafizəsinə başlayıb. Qarşı tərəfdə Azərbaycan sərhədçiləri yerləşdirilib.

Bundan əvvəl bildirilmişdi ki, Kirants sakinləri sərhədlərin delimitasiyası nəticəsində Azərbaycanın nəzarətinə keçəcək əmlaklarını yandırıb sökürlər”, – erməni mediası yazıb.

Xuraman Etibarlı

İnterpress.az