Rusiyada kişi avtomobillə ondan ayrılmaq istəyən sevgilisinin üzərindən keşib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Moskva vilayətində sevgilisi ondan ayrılmaq qərarına gəldikdən sonra kişi avtomobillə onun üstünə çıxıb. Qız aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
“Mayın 26-da Minsk şossesində bir kafenin yaxınlığında qız münasibətlərinə son qoymaq istədiyini bildirib. Onlar mübahisə edib, bundan sonra o, maşına minib, qızı vurub və maşını divara çırpıb.
Moskva yaxınlığında İstintaq Komitəsinin əməkdaşları həmin şəxslə işləyir”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az