Ukraynanın paytaxtı və ölkənin əksər vilayətləri kəskin enerji məhdudiyyətləri ilə üzləşib.
İnterpress.az bildirir ki, artıq iki gündür paytaxt Kiyevin əsas hissəsi böyük fasilələrlə işıqsız qalır. Əsasən axşam saatları olmaqla paytaxtın mərkəzi rayonları da daxil olmaqla, Kiyev vilayətinin bütün ərazisində elektrik enerjisinin verilişi dayanır. İyunun 3-ü axşamdan isə tamamilə Kiyevdə enerji təminatı dayandırılıb və hələ də təmin edilməyib. Bu, eyni zamanda ölkənin əksər vilayətlərində də baş verir.
Buna səbəb son günlər Ukraynanın əsas enerji stansiyalarının raket zərbələri nəticəsində sıradan çıxmasıdır. “Ukrenergo”nun əhaliyə xəbərdarlığına görə, bu vəziyyət uzun müddət davam edəcək.