KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim olunub – Ağstafa rayonundabackend

KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim olunub – Ağstafa rayonunda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Ağstafa rayonu üzrə Kiçik və Orta Biznesin dostu – KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim olunub. Ağstafa rayonu Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək KOB dostu rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyini təmin edəcək.

Bu, Qazax-Tovuz iqtisadi rayonu üzrə sayca 2-ci KOB dostudur. Hazırda KOB dostları ölkənin 31 şəhər və rayonunda fəaliyyət göstərir.

Bu məqsədlə KOB dostu sahibkarların maraqlarının müdafiəsi, investisiya təşəbbüslərinin reallaşdırılması, biznes məsələlərinə dair məlumatlandırma, sahibkarların qarşılaşdıqları çətinliklərin həlli istiqamətlərində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər həyata keçirəcək, dəstək və xidmətlər göstərəcəkdir.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara yerində dəstəyin təmin olunması baxımından KOB dostlarının fəaliyyətinin önəmini qeyd edib, effektiv dəstək mexanizmi kimi digər rayonlarda sahibkarlığın inkişafına və biznesin qarşılaşdığı çətinliklərin operativ həllinə öz töhfəsini verdiyini vurğulayıb. Sahibkarlar KOB dostu ilə sıx əməkdaşlığa dəvət olunub, KOB dostu şəbəkəsinin genişlənərək, ölkənin digər şəhər və rayonlarını da əhatə edəcəyi bildirilib.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun iqtisadi potensialının geniş olduğunu və rayonda sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanların mövcudluğunu diqqətə çatdırıb, KOB dostunun sahibkarlara dəstək olacağına əminliyini vurğulayıb.

Tədbir çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

image-3-agstafa-kob

image-4-agstafa-kob

image-7-agstafa-kob

image-8-agstafa-kob

image-6-kob-agstafa-1