Bu gün gecə saat 3-də Moskvada Koçaryan tərəfdarı Mina Xaçatryana mənzilində hücum olub.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, naməlum şəxs erməni marketoloq və bloqer Mina Xaçatryana hücum edib.
Onun çoxsaylı xəsarətləri, travmatik beyin zədəsi və beyin silkələnməsi var.
Naməlum şəxs polis tərəfindən saxlanılıb və faktla bağlı cinayət işi açılıb.
Cinayətkar kortəbii zərbə endirib, onu boğmağa və hadisə yerindən qaçmağa cəhd edib, lakin saxlanılıb. Onun şəxsiyyəti müəyyən edilib.
Xuraman Etibarlı
İnterpress.az