Kolumbiya hökuməti ilə ELN arasında ikitərəfli atəşkəs “7 gün” uzadılıbbackend

Kolumbiya hökuməti ilə ELN arasında ikitərəfli atəşkəs “7 gün” uzadılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kolumbiya hökuməti ilə silahlı qiyamçı təşkilat olan Milli Azadlıq Ordusu (ELN) arasında yanvarın 29-da bağlanmış ikitərəfli atəşkəs sazişinin müddəti daha “7 gün” uzadılıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Kubanın paytaxtı Havanada yanvarın 22-də başlayan sülh danışıqlarının 6-cı raundu ikitərəfli atəşkəs razılaşmasının daha 7 gün uzadılması ilə yekunlaşıb.

Kolumbiyanın müdafiə naziri İvan Velaskes silahlı üsyançı təşkilat ELN ilə sülh danışıqlarının altıncı raundunu müşayiət edib.

Dövlətlə ELN arasında avqustun 3-də başlayan və yanvarın 29-da başa çatan ikitərəfli atəşkəs razılaşmasının uzadılıb-uzadılmayacağı tərəflərin fevralın 5-də keçiriləcək görüşündə müəyyənləşəcək.

Venesuelanın zaminliyi və ev sahibliyi ilə paytaxt Karakasda bir araya gələn tərəflər 2019-cu ildə dayandırılan sülh danışıqlarını 22 noyabr 2022-ci ildə yenidən başladıb.

Norveç və Venesueladan olan müşahidəçilərin də iştirak etdiyi danışıqların birinci raundunda 13 dekabr 2022-ci ildə atəşkəs əldə olunmasa da, bəzi bölgələrə humanitar yardımın göstərilməsi və həbsdə olan ELN üzvlərinin şəraitinin yaxşılaşdırılması barədə qərar qəbul edilib.

2023-cü il fevralın 14-də Meksikada başlayan sülh danışıqlarının ikinci raundu “ELN-nin siyasi statusu”nun tanınması ilə tamamlanıb.

Kubanın paytaxtı Havanada mayın 2-də başlayan sülh danışıqlarının üçüncü raundu “6 aylıq müvəqqəti atəşkəs razılaşması”nın imzalanması ilə başa çatıb və avqustun 3-də müqavilə rəsmi olaraq başlayıb.

Avqustun 15-də paytaxt Karakasda 4-cü raund üçün bir araya gələn tərəflər “münaqişələrdən ən çox təsirlənən bölgələrdə humanitar dəhliz açmaq” barədə razılığa gəliblər.

2023-cü il dekabrın 4-də Meksikanın paytaxtı Meksikada başlayan danışıqların 5-ci raundu “qaçırılma və fidyə əməliyyatlarına son qoymaq” razılaşması ilə yekunlaşıb.

Kolumbiyada prezident seçkilərində qalib gələn və 2022-ci il avqustun 7-də vəzifəyə başlayan solçu Qustavo Petro Kolumbiya İnqilabçı Silahlı Qüvvələri (FARC) ilə 2016-cı il Sülh Sazişini həyata keçirəcəyini və ELN ilə sülh danışıqları aparacağını vəd etmişdi.