Konqres Amerikanın Ukraynaya silah tədarükünü 4 milyard dollar dəyərində qiymətləndiribbackend

Konqres Amerikanın Ukraynaya silah tədarükünü 4 milyard dollar dəyərində qiymətləndirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun əvvəlində ABŞ Ukraynaya 4 milyard dollardan çox silah və hərbi texnika verib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Konqresinin məlumatında deyilir.

Fevralın 24-dən etibarən Ukrayna yüngül zirehli hədəflərə qarşı istifadə edilən 6 500-dən çox tank əleyhinə raket kompleksi, 20 000 ədəd “AT-4” qumbaraatanı, 1 400-dən çox “Stinger” zenit-raket kompleksi, 108 ədəd “M777” haubitsa və onlar üçün 220 mərmi alıb.

Bundan əlavə, Birləşmiş Ştatlar Ukraynanı dörd HIMARS raket sistemləri, 121 “Phoenix Ghost” taktiki pilotsuz uçuş sistemi və 700 ədəd “Switchblade” kamikadze pilotsuz uçan aparatı ilə təmin edib.

Məlumatlara görə, silahların əksəriyyəti həm hərbi, həm də Pentaqonun kirayə verdiyi ağır nəqliyyat təyyarələri vasitəsilə Polşanın Rzeşov şəhərinin Ukrayna ilə sərhədindən 90 km aralıda yerləşən aerodromuna çatdırılıb.