Rusiyada sahildə dincələn kişilərin başına iş gəlib.
İnterpress.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərə görə, bir neçə şəxs Rostovda sahildə yeyib-içərək dincəlir.
Mədəni şəkildə istirahət edən kişilər yaxınlıqdan böyük bir kruiz gəmisinin keçdiyini görürlər. Onlar gəmini telefonlarının kameralarına çəkən zaman olanlar olub.
Gəminin arxasıyla su kütləsi sahilə yan alaraq kişilərin süfrəsini dağıdaraq məclisi pozub.
Həmin görüntüləri təqdim edirik:
Xuraman Etibarlı
İnterpress.az