Küveyt hökuməti sağlamlıq səbəbi ilə paytaxtdakı qəbiristanlıqlarda əl sıxmağı qadağan etməyi planlaşdırır. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Küveytin aparıcı qəzetlərindən biri olan “Al Ceride”nin bir hökumət rəsmisinə əsaslanaraq verdiyi xəbərə görə, Küveytin paytaxtında dəfn mərasimlərində əl sıxmaq qadağan ediləcək.
Küveytin Səhiyyə Nazirliyi qəbiristanlıqlarda yas tutan insanları başsağlığı verərkən əl sıxmağı dayandırmağa və göz salamı ilə kifayətlənməyə çağırıb.
Küveyt Bələdiyyəsinin baş direktoru Səud Əl Dabud deyib ki, Səhiyyə Nazirliyinin tələbi ilə dəfn mərasimlərində əl sıxmağın qadağan ediləcəyi bir sirkulyar veriləcək.
Bu tövsiyənin epidemik xəstəliklərin yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması üçün edildiyi vurğulanıb.
Xalq sağlamlığı üzrə mütəxəssis Dr. Əhməd Əl Uteibi Küveytdə yeni virus infeksiyasının olmadığını bildirib. Həkim “Yeni xəstəliyə yoluxma ilə bağlı məlumat yoxdur. Səhiyyə Nazirliyinin bələdiyyəyə göndərdiyi sirkulyar yalnız profilaktik tədbirlərin görülməsi ilə bağlıdır.