Latviya Aİ-ni Şengen-i ruslar üçün həmişəlik bağlamağa çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Latviya Daxili İşlər Nazirliyinin rəhbəri Rixards Kozlovski bildirib. O, Rusiya vətəndaşlarının Avropa üçün təhlükə yaratdığını bəyan edib.
Onun sözlərinə görə, turist vizalarının verilməsi həm Rusiya-Latviya sərhədində, həm də ölkə daxilində təhlükəsizlik orqanlarının işinə mənfi təsir göstərir.
Departament rəhbəri vurğulayıb ki, Aİ-yə üzv ölkələr “rus turistlərinin yaratdığı təhlükəni ciddi qəbul etməli” və belə bir xidmətdən imtina etməlidirlər.
Xuraman Etibarlı
İnterpress.az