Liftində QORXUNC HADİSƏ: Gənc qızın “powerbank”ı PARTLADI – VİDEObackend

Liftində QORXUNC HADİSƏ: Gənc qızın “powerbank”ı PARTLADI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Surqutda gənc qızın liftdə qəfildən enerji bankı alovlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Rusiyanın Surqut şəhərində xoşagəlməz hadisə yaşanıb. Liftlə hərəkət edən gənc qızın çantasında olan “powerbank” qəflətən alışaraq partlayıb.

Qısa müddətdə liftin kabinəsi tüstü ilə dolmağa başlayıb.

Qatı tüstü səbəbindən heç nəyi görə bilməyən qız təşvişə düşərək liftin divarlarına vurmağa başlayıb. Xoşbəxtlikdən, liftin qapıları vaxtında açılıb və gənc qız tüstü ilə dolmuş kabinədən bayıra çıxmağı bacarıb.

Mütəxəssislər keyfiyyətsiz və zədələnmiş “powerbank”ların ciddi yanğın təhlükəsi yaratdığını xatırladır və onları ehtiyatla istifadə etməyi tövsiyə edirlər.

Xuraman Etibarlı

İnterpress.az