Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”backend

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.

İnterpress.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası zamanı deyib.

“Bu regionda investisiyaların dəstəklənməsi üçün nizamnamə kapitalı 50 milyon ABŞ dolları olan fond yaradılıb. Sizdən xahiş etmək istərdim ki, biz öz şirkətlərimizi bu fonddan maliyyələşdirilə biləcək layihələr vasitəsilə dəstəkləməyə davam etdiyimiz kimi, siz də şirkətlərinizi bununla bağlı həvəsləndirəsiniz”, – o vurğulayıb.

Nazir qeyd edib ki, Macarıstanın ən böyük əczaçılıq şirkətlərindən biri Azərbaycanla əməkdaşlığa dair sənəd imzalayıb: “Gələn ildən şirkət Azərbaycanda 19 növ dərman istehsal edəcək”.