Məhkəmə-Hüquq Şurası ilə bağlı yenilik nədən ibarətdir? – LAYİHƏbackend

Məhkəmə-Hüquq Şurası ilə bağlı yenilik nədən ibarətdir? – LAYİHƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri artırılır.

İnterpress.az-ın məlumatına görə, bununla bağlı “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişiklik ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədi daşıyır.

Qanunun 13.3.1-ci maddəsinə əsasən, hakimin fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edildikdə, bu, Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilir.

Qeyd edək ki, bu, ilk dəfə hakim təyin olunan şəxslərə şamil edilmir.

Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə “Məhkəmələr və hakimlər haqqında” qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verilir.

Həmin maddəyə təklif olunan dəyişiklikdə isə göstərilir ki, Məhkəmə Hüquq-Şurası həm də məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar da aşkar etdikdə qiymətləndirmə aparacaq.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iyunun 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.