Mənfur düşmən işğalçılığının əsl siması: Ərazilərimizdə Livan ermənilərini yerləşdiriblər – FOTObackend

Mənfur düşmən işğalçılığının əsl siması: Ərazilərimizdə Livan ermənilərini yerləşdiriblər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bədnam qonşularımız olan ermənilər Azərbaycan torpaqlarını işğal etdikdən sonra qanunsuz olaraq Livan ermənilərini bu ərazilərə köçürüblər.

“BBC” agentliyinin işğal altında olan torpaqlarımızda Livan erməniləri ilə bağlı hazırladığı material da onların bizim ərazilərimizdə qanunsuz məskunlaşdırıldıqlarını bir daha sübut edir.

Agentlik yazır ki, 300 nəfər Livan ermənisi işğal altında olan Azərbaycan kəndlərindən birində yerləşdirilib, eyni zamanda, orada Suriyadan gətirilən ermənilər də məskunlaşdırılıb.

Təbii ki, Ermənistan hökumətinin bu cür qanunsuz addım atmasının bir səbəbi var: işğal altında olan torpaqlarımızda Azərbaycan irsini silmək və bu torpaqları ermənilərin vətəni kimi təqdim etmək.

Bu, onu göstərir ki, 30 ilə yaxındır ki, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirməyə çalışan Ermənistan bu gün də öz təcavüzkar, mənfur xislətindən əl çəkmir.

 

 

 

İnterpress.az