Moskvada polis zabiti mərc oyunlarında mənzilini itirib və iş yerində intihar edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Mənbələrə görə, polis “Real Madrid”in “Bayern”lə matçda qalib gəlməsinə mərc edib.
Polis mərc oyunlarına aludə olub və böyük məbləğdə pul itirib. Pulunu qaytarmaq üçün mənzili girov qoyub, həm də aldığı məbləği itirib.
Bundan əvvəl o, Çempionlar Liqasının yarımfinalında “Bavariya” – “Real Madrid” matçına son mərcini edib. Oyun 2:2 hesabı ilə başa çatıb.
Oyundan sonra Nikolay işə gəldi, otaqda tək qalana qədər gözləyib və intihar edib.
Polis işçinin meyitinin tapılması ilə bağlı araşdırma aparır və bütün hallar müəyyən edilir.
Xuraman Etibarlı
İnterpress.az